Meksikalı sürücünün heç də uğurlu olmayan çıxışı söz-səhbətlərə səbəb olub. Komanda yoldaşının indiyə qədər 16 qələbə qazandığı bu mövsümdə cəmi 2 yarışı udan Peres son 5 yarışda podiuma belə çıxmayıb.
Fernando Alonso: “Bu barədə heç nə demək istəmirəm. Paddokdakı söz-söhbətlər normaldır, bu halda insanlar sadəcə əylənməyə və yeni abunəçilər cəlb etməyə çalışırlar, amma mən o oyunları oynamıram. Bu cür söz-söhbətləri sevmirəm, çünki Formula1-də uzun illər çalışmış peşəkar jurnalistlərə dəyər verirəm, onlar öz işləri ilə hörmətə layiqdirlər.
Şayiələri bu mətbuat konfransı zalında olmayan insanlar yayıb. Onlar bunu gülməli hesab edirlər, amma mən belə şayiələrin yayılmasının gülməli olduğunu düşünmürəm. Onlar mənim komandaya sadiqliyimi şübhə altına aldılar və onların hərəkətlərinin nəticələrinin olacağına inanmaq istəyirəm. Bir xahişim var, bu söz-söhbətlərlə bağlı mənə daha sual verməyin”.
Red Bull-un idman məsləhətçisi Helmut Marko isə bu şayiələri yaradanın məhz Fernandonun özü olduğundan şübhələndiyini bildirib…
Şərh əlavə et