Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen Ostində fırtına kimi başlayıb

Ostində mövsümün növbəti sprint yarışı baş tutduğundan, bu sərbəst yürüşlər yeganə olub.

Kokpit.az bildirir ki, Daniel Rikkardo nəhayət, öz sükanı arxasına qayıdıb. Haas komandası olduqca ciddi yenilikləri məhz doğma yarışa gətirib. Mercedes yeni aerodinamik paketi sınaqdan keçirib, AlphaTauri-də də dəyişikliklər nəzərə çarpıb.

Pirelli buraya orta üçlüyü – C2, C3 və C4 tərkiblərini gətirib. Sürücülər sərt təkərlərlə başlayıblar və getdikcə Soft-lara keçiblər.

Sessiyanın əvvəlində Sayns və Norris arasında insident yaşanıb. Okon, Ferstappen, Sayns və Həmilton trasdan çıxıblar. Stroll əyləcləri çox qızdığı üçün məşqi yarımçıq qoyub. Alonso da istidən şikayətlənib.

1:35.912-lik dövrə vuran Maks Ferstappen protokollara başçılıq edib. Bizi gərgin sıralanma turu gözləyir.

Rauf Hacıyev

Şərh əlavə et