Kokpit.az bildirir ki, Daniel Rikkardo nəhayət, öz sükanı arxasına qayıdıb. Haas komandası olduqca ciddi yenilikləri məhz doğma yarışa gətirib. Mercedes yeni aerodinamik paketi sınaqdan keçirib, AlphaTauri-də də dəyişikliklər nəzərə çarpıb.
Pirelli buraya orta üçlüyü – C2, C3 və C4 tərkiblərini gətirib. Sürücülər sərt təkərlərlə başlayıblar və getdikcə Soft-lara keçiblər.
Sessiyanın əvvəlində Sayns və Norris arasında insident yaşanıb. Okon, Ferstappen, Sayns və Həmilton trasdan çıxıblar. Stroll əyləcləri çox qızdığı üçün məşqi yarımçıq qoyub. Alonso da istidən şikayətlənib.
1:35.912-lik dövrə vuran Maks Ferstappen protokollara başçılıq edib. Bizi gərgin sıralanma turu gözləyir.
Şərh əlavə et