Xəbəri Kokpitdə Oxuyun!

ABŞ yarışında hava quru olacaq

ABŞ Qran Prisi günləri üçün ilkin proqnozlar həftəsonu boyu isti və quru hava vəd edir.

Kokpit.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, cümə günü Ostində yağındı gözlənilsə də, hava kifayət qədər isti olacaq. Temperatur +27 dərəcəyə qədər qalxacaq. Şənbə günü yağış dayanacaq, göy üzü buludlu olacaq və maksimum +25 dərəcə istilik müşahidə ediləcək. Bazar günü isə hava buludsuz və yağıntısız, hərarət +28 dərəcə olmalıdır.

Xatırladaq ki, ötən il buradakı bütün sessiyalar quru havada baş tutmuşdu.

Rauf Hacıyev

Şərh əlavə et