Kokpit.az xatırladır ki, Alfa Romeo Qətərdə düzgün strategiya seçətək, iki sürücü ilə 6 xal toplayıb.
Valtteri Bottas yarışdan sonra komandasının aldığı qərarları tərifləyib və performanslarından razı qaldığını deyib: “Bazar günü bizim üçün əla gün idi. Komandanın qazandığı nəticəyə görə sevincliyəm. Doğrudan da təmiz yarış idi.
Startdan 3 dövrə sonra pitə girmək bir az qəribə oldu. Lakin bu o demək idi ki, növbəti pitlərdən sonra da eyni sayda dövrə vuracağıq. Finişə qədər ən sürətli taktikanın bu olacağını düşündük. Elə də oldu və çox xoşbəxtəm.
Eyni zamanda bəxtimiz gətirdi, çünki Lyuis mübarizəni dayandırdı. Sayns isə start ala bilmədi. Lakin bəzən bəxtə ehtiyacınız olur və yarışda hər şeyi düzgün etdik. Çjou belə sonuncu yerdən başlayıb, 10-cu oldu. Əla yarışdı.
Qətərdə qazandığımız xallar hesabına çempionatdakı yerimizi yaxşılaşdırdıq və hədəflərimizə çatmaq üçün işləməyə davam edəcəyik.
Hazırda inkişaf etdiyimizi və nəhayət ki, yenilikləri tam anladığımızı hiss edirəm. Növbəti yarış yenə çox fərqli trasda olacaq, amma artıq daha yaxşı halda olduğumuzu gördük.
Yeni qanad bizə kömək etdi. Lakin yenə də yavaşıq. Məncə, düzlükdə ən zəif komanda bizik. Çox şeyin üzərində işləməliyik”.
Şərh əlavə et