Kokpit.az xatırladır ki, avstraliyalı sürücü yarışa 6-cı yerdən başlasa da, startda iki Mercedes-in qəzasından maksimum yararlanaraq, ikinci yerə yüksəlib. Debütant sürücü bundan sonra yarışda hər şeyə yaxşı nəzarət edərək, damalı bayrağı ikinci yerdə görüb və karyerasının ikinci podiumunu qazanıb. Bu, gənc sürücünün F1-dəki ən yaxşı nəticəsidir. O, yarışdan sonra yorğun görünüb.
Sürücülər 18 dövrədən bir məcburi pit etməli idilər. Ona görə də bütün yarışı tam tempdə getməli olublar. 21 yaşlı sürücü buna görə də hər dövrənin sıralanma dövrəsi kimi keçdiyini deyib.
Oskar Piastri: “Qətiliklə deyə bilərəm ki, həyatımın ən çətin yarışı idi. Üç pit-stop etdiyimizə görə bütün yarışı tam qazla getməli olduq. Elə bil ki, 57 sıralanma dövrəsi atmışam. Doğrudan da yaxşı yarış idi. Tempimiz təsiredici idi və təkərlərim dağılmadığı üçün sevincliyəm. Bundan başqa ilk döngə gözəl idi. Yarışdan əvvəlki strategiyamız da bu idi”.
Şərh əlavə et