Qətər Qran Prisi günləri üçün ilkin proqnozlar həftəsonu boyu isti və quru hava vəd edir.
Kokpit.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, hər 3 gün hava +39 dərəcəyə qədər isinəcək. Lakin buna baxmayaraq, sıralanma turu, sprint yarışı və əsas yarış gün batandan sonra baş tutacağı üçün temperatur +29 dərəcəyə qədər enəcək.
Xatırladaq ki, sonuncu dəfə 2 il əvvəl burada baş tutan yarış həftəsonu boyunca hava quru və isti olmuşdu.
Şərh əlavə et