Suzukada keçirilən sıralanma turunda Maks Ferstappen poul qazanıb. Onu McLaren komandasının sürücüləri izləyiblər.
Sıralanma turu həmişəki kimi 18 dəqiqəlik ilk sessiya ilə başlayıb və sürücülər ilk 15-liyə qalmaq üçün mübarizə aparıblar. Lakin birinci sessiyanın ortasında qırmızı bayraqlar çıxıb, çünki Williams komandasından Loqan Sarcent bolidin idarəetməsini itirərək, baryerlərə çırpılıb.
Loqan Sarcent son şikandan çıxaraq, sürətli dövrəyə başlamaq istəyərkən, bllidi arxadan sürüşüb və o, tras xaricinə çıxaraq, bariyerlərə çırpılıb. Bolidin sol tərəfi ciddi zərbə alıb və o, mübarizəni sayandırmalı olub.
Tras təmizləndikdən sonra sessiya davam edib və Ferstappen 1.29.878 zaman nəticəsi ilə birinci yeri tutub. Onun arxasından isə Lando norris, Şarl Lekler, Liam LousonOskar Piastri, Karlos Sayns, Serxio Peres, Yuki Tsunoda, Corc Rassell və Lyuis Həmilton onluğu bağlayıblar. Pyer Qasli, Aleks Elbon, Esteban Okon, Fernando Alonso, Kevin Maqnussen isə 15-liyi bağlayan digər sürücülər olublar.
Birinci sessiyadan ələnən sürücülər isə bunlar olub: Valtteri Bottas, Ləns Stroll, Niko Hülkenberq, Quanyu Çjou və Loqan Sarcent.
Sıralanma turunun ikinci sessiyasında mübarizə daha da qızışıb. Sürücülər onluğa düşmək üçün güclü mübarizə aparıblar. Tras getdikcə sürətləndiyi üçün ilk üçlükdəki Ferstappen, Piastri və Norrisdən başqa hamı son cəhdini sessiyanın sonlarına saxlayıblar. Belə olan halda Şarl Lekler sessiyanın ən sürətli dövrəsini vurub. Trasın sürətlənməsindən istifadə edən monakolu sürücü ikinci cəhdinə çıxmayan Maks Ferstappeni 0.024 aniyə qabaqlayıb.
Serxio Peres isə komanda yoldaşı Maksdan 0.001 saniyə geridə qalaraq, üçüncü olub. Həmilton və Sayns beşliyi tamamlayıblar. İkinci cəhdinə çıxmayan Piastri isə altıncı olub.
Yerli qəhrəman Yuki Tsunoda vətənində son sessiyaya qalıb. Onu Corc Rassell, Lando Norris və Fernando Alonso izləyib. Beləliklə, Alonso bu mövsüm bütün yarışlarda son sessiyaya qalma seriyasını davam etdirib. İlk onluq isə yarış saniyə içində düzülüb.
Sıralanma turunun son sessiyasında isə Maks Ferstappen masterklass keçib. O, ilk cəhdlərə yeni Spft təkərlərlə çıxıb və 1.29.012 zaman nəticəsi göstərib. O, ən yaxşın izləyicisi Oskar Piastrini 0.446, Lando Norrisi isə 0.481 saniyə qabaqlayıb. Qeyd edək ki, Maksdan başqa digər sürücülər ilk cəhdlərində işlənmiş təkərdə olublar. Ferrari komandasının sürücüləri isə sadəcə 1 cəhdə çıxıblar. Yekunda Şarl Lekler 4-cü, Karlos Sayns isə 6-cı yeri tutub.
İkinci cəhdlərdə isə Maks Ferstappen zaman nəticəsini bir az da yaxşılaşdırıb – 1.28.877. Maks 89 saniyənin altına düşən ilk sürücü olub və ikinci cəhdlərində nəticələrini yaxşılaşdır bilməyən Oskar Piastri ilə Lando Norrisə 0.6 saniyə fərq atıb.
Honda öz doğma trasında 9-cu poulunu qazanıb. Oskar Piastri isə formula1 karyerasında ilk dəfə yarışa ilk cərgədən başlayacaq.
Lyuis Həmilton 7-ci, Corc Rassell 8-ci, Yuki Tsunoda 9-cu və Fernando Alonso isə 10-cu yeri tutublar.
Yaponiya yarışı sabah Bakı vaxtı ilə səhər saat 09:00-da başlayacaq.
Şərh əlavə et