Toyota şirkətinin Avropadakı satışları keçən ilə nisbətən 2 faiz artıb və onlar 573 min 976 ədəd maşın satıb
Kokpit.az bildirir ki, yaponiyalı istehsalçı ardıcıl 3 ildir ki, maşın satmaq üzrə birincidir. Onlar Avropada da satışları artıra biliblər. Toyota onlara aid olan markalarla birlikdə keçən ilin ilk 6 ayına nisbətən satışları 2 faiz artırıb və 573 min 976 ədəd avtomobil satıb.
Bunların 71 faizini isə (410 min ədəd) hibrid, plug-in hibrid və tam elektrik avtomobillər təşkil edir. Toyota marka olaraq, 540 min avtomobil satıb. Ən çox satılan model (104 min 475 ədəd) Yaris Cross-dur. Ən az satılan model isə (38 min 731 ədəd) RAV4 olub.
Şərh əlavə et