Euro NCAP aktiv və passiv avtomobil təhlükəsizliyi üçün test protokolunu yeniləyib. Artıq avtomobillərin Euro NCAP-dan beş ulduz alması daha da çətinləşəcək.
Kokpit.az bildirir ki, Euro NCAP avtomobillərin təhlekəsizlik və performans dəyərləndirmələrini ölçür. Bu qurum 1977-ci ildə yaranıb və müstəqildir. Onların əsas işi testlər edərək, avtomobillərin təhlükəsizliyinə qiymət verməkdir.
Ancaq artıq avtomobil istehsalçılarının işi lap çətinləşəcək, çünki Euro NCAP 5 ulduz üçün bəzi yeni şərtlər ortaya qoyub.
1. Qapılar suya batanda da açılmalıdır: Maşınların suya batdıqlarında ən az sürücü və sərnişinlər qaçana qədər elektrik şüşələr və qapılar açılmalıdır.
2. Beş ulduz üçün lazım olan digər xüsusiyyət isə sərnişinləri tanımaqdır. Maşında uşaq olduğu halda bu sistem kamera və ya sensorlarla bunu müəyyən edib, sürücünü ya da təcili xidməti məlumatlandırmalıdır.
3. Euro NCAP-ın tələbi olan digər qayda isə avtomotik təcili əyləc sistemidir. Bir avtomobil beş ulduz almaq istəyirsə, artıq avtomotik əyləc sistemi manevr vaxtı motosikletləri tanıyıb, reaksiya verməlidir.
Qeyd edək ki, Euro NCAP-ın yeni test protokollarından keçən avtomobillər artıq var. Bunlar Çin istehsalı NIO ET5 və EL7 avtomobilləridir.
Şərh əlavə et