Kokpit.az xəbər verir ki, bu barədə Vokinqdə yerləşən komanda bu gün bəyanat yayıb.
Rob Peter Prodromu və Devid Sançesə qoşularaq texniki başçılar qrupunun heyətində yer alacaq və birbaşa komandanın başçısı Andrea Stellaya tabe olacaq.
Ona yeni işində Nil Houldi dəstək verəcək, Nilə texniki direktorun müavini vəzifəsi həvalə olunub – McLaren-in mühəndislik departamentinin strukturunda yeni vəzifə təsis edilib.
Rob Red Bull komandası ilə 17 il çalışdıqdan sonra McLaren-ə qoşulur və onun təyin olunması komandanın çempionatın zirvəsinə yüksəlmək üçün atdığı ən mühüm addımlardan biri olacaq.
Şərh əlavə et