Trasın rəsmi saytında bildirilir, bu həftəsonu knyazlıqda dəyişkən hava şəraiti hökm sürəcək.
Cümə günü hava günəşli olacaq, temperatur müsbət 24 dərəcəyə qədər yüksələcək.
Şənbə isə günboyu yağış yağacaq, termometrlər maksimum müsbət 23 dərəcəni göstərəcəklər – həftəsonunun ən vacib sessiyası olan sıralanma turuna yağış damğa vura bilər.
Bazar günü də yağıntı ehtimalı var, lakin şənbə ilə müqayisədə yüngül yağış gözlənilir. Temperatur yarış günündə də müsbət 23 dərəcəni keçməyəcək.
Xatırladaq ki, ötən il burada həftəsonu quru hava olmuş, lakin yarış yağışlı havada baş tutmuşdu.
Keçən həftə baş tutmalı olan Emiliya Romanya Qran Prisi güclü yağışlar nəticəsində yaranmış daşqın fəlakətinə görə ləğv edilib. Monte Karlo küçələrində daşqınlar olmasa da, yağış sessiyaların ləğvinə səbəb ola bilər…
Şərh əlavə et