Onların hər ikisi yarışda xal qazanmaq üçün çalışacaqlar.
Lando Norris: “Əvvəla, Emiliya Romanya bölgəsində daşqınlardan zərər çəkənlərə ən yaxşısını arzulayıram. Biz hamımız İmola yarışlarını sevirik, lakin təhlükəsizlik hər şeydən üstündür və mən keçən həftəyə planlaşdırılan Qran Prinin ləğv edilməsi qərarını dəstəkləyirəm. Biz geri qayıdacağıq və ümid edirəm ki, bu çətin anlarda hamı təhlükəsiz şəraitdə qalacaq.
Monakoda mənim və komandamın xoş xatirələrə sahib olduğu tarixi bir tras var. 2021-ci ildə podiumda olmaqdan çox qürur duyuram. Bu il McLaren-də 60 illik yubileyimizi qeyd edirik və MCL60-ın qarşıdan gələn yarış üçün xüsusi dizaynı olacaq ki, bu da məni çox həyəcanlandırır.
Bu mövsüm nəticələr hələ gözləntiləri doğrultmayıb, lakin trasda və bazada hər kəs qarşıdakı cüt yarışlarda xal qazanmaq üçün çox səy göstərir. Biz çox çalışmaqda davam edirik və hər bir yarışda nəticələri təkmilləşdirməyi hədəfləyirik”.
Oskar Piastri: “Emiliya Romanyada baş verənlər bir çox insana təsir edib və bu çətin zamanda fikirlərim onlarladır. Ümid edirəm ki, hər kəs təhlükəsiz şəraitdə qalacaq və ehtiyac duyduğu yardımı almağa davam edəcək. Təhlükəsizlik əsas prioritetdir və mən gələcəkdə ilk dəfə İmolada yarışmağı səbirsizliklə gözləyirəm.
Yarış həftəsonunu səbirsizliklə gözləyirəm, çünki bu, 2021-ci ildə Formula2-də ikiqat podium qazandıqdan sonra Monakoya ilk qayıdışım olacaq. Formula1 avtomobilini idarə edərkən Monte Karlo şəhər trasında məni maraqlı sınaq gözləyir. MCL60-ın xüsusi rənglərə boyanması yarışı daha da həyəcanlı edir.
Yarışa hazırlaşarkən simulyatorda çox işlədim. Hər dəfə maşın sürəndə yeni bir şey öyrənirəm. Komanda bütün fikrini növbəti addımları irəliyə doğru atmağa və maşını daha sürətli etməyə cəmləyib. May-iyun aylarında keçiriləcək ardıcıl mərhələlər bunun üçün əla fürsətdir”.
Xatırladaq ki, McLaren sürücülər bu mövsüm indiyə qədər ümumilikdə 14 xal toplayıblar.
Şərh əlavə et