Trasın rəsmi saytının məlumatına istinadən bildirə bilərik ki, Monako yarışı da yağış təhlükəsi ilə üz-üzədir. Belə ki, həftəsonunun baş tutacağı hər 3 gündə yağıntı gözlənilir. Havanın temperaturu isə müsbət 22 dərəcə ətrafında olacaq.
Keçən il cümə və şənbə günlərində sürücülər quru trada işləsələr də, bazar günü yağış yağmış və yarışın taleyində həlledici rol oynamışdı – komandanın tam vaxtında pit-stopa çağırması sayəsində Serxio Peres yarışda qalib gəlmişdi.
Biz son illər yarış hakimlərinin yağıntılı havalarda necə ehtiyatlı və təmkinli davrandıqlarını görürük. Şəhər traslarında yağışın daha ciddi problemlərə səbəb olduğunu, üstəgəl dar Monte Karlo küçələrində sürücülərin işini xeyli çətinləşdirdiyini nəzərə alsaq, bu yarışın da ləğvedilmə ehtimalı ola bilər…
Şərh əlavə et